![]() Biz başa düşdük ki, Xocalı soyqırımı barədə dəhşətli həqiqəti dünyaya çatdırmaq üçün jurnalistləri buraya gətirmək lazımdır. Qətlə yetirilmiş, şikəst olunmuş, zorlanmış qadınları, başları, qulaqları, cinsiyyət orqanları kəsilmiş, başlarının skalpları çıxarılıb eybəcər hala salınmış qocaları və uşaqları görmək insanı dəhşətə gətirirdi. Bizim əsas məqsədimiz Xocalının salamat qalmış sakinlərini xilas etmək idi. ![]() O vaxt oraya Bakı şəhərinin Zabrat qəsəbəsindən helikopterlə uçmuşduq. ![]() Bu ərazi Xocalıdan 17-20 kilometr aralıda yerləşir. Polkovnik Fərəcov xatırlayır: “Həmin hadisələrdən 2-3 gün sonra biz Xocalı sakinlərinin qətlə yetirildiyi, alçaldıldığı və təhqir edildiyi yerlərdə olduq. Xocalıda törədilmiş soyqırım aktının qızğın dövründə Əsəd Fərəcovun və daha bir neçə jurnalistin oraya necə gedib çıxmalarını anlamaq və həmin hadisələrin canlı şahidinin sözlərini eşitmək üçün onunla görüşdüm”. Hər ikimiz Xocalı faciəsinin 25 illiyi günlərində Bakıda keçirilən beynəlxalq konfransa dəvət edilmişdik. Rəhmətlik operator və reportyor Çingiz Mustafayevlə yanaşı bu insan da Xocalıda törədilmiş soyqırım aktının dəhşətli və unudulmaz mənzərələrinin ilk canlı şahidlərindən biri olub.īu sətirlər beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildə fəaliyyət göstərən “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeydi-hökumət təşkilatının rəhbəri Arye Qutun dünən İsrailin “News from Israel” informasiya-analitik portalında dərc edilmiş məqaləsindən götürülüb.Īrye Qut yazır: “Bu şəxs hazırda öz xanımı və uşaqları ilə bərabər İsrailin Bat Yam şəhərində yaşayan polkovnik Əsəd Fərəcovdur. Bakıya sonuncu səfərim zamanı Azərbaycanın böyük dostu, Moldova İctimai Palatasının rəhbəri Aureliya Qriqoriu və “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının rəhbəri Elmar Məmmədov məni sözün həqiqi mənasında zəmanəmizin qəhrəmanı adlandırılmağa layiq olan bir nəfərlə tanış etdilər.
0 Comments
Leave a Reply. |
AuthorWrite something about yourself. No need to be fancy, just an overview. ArchivesCategories |